Rusiya Ukraynanın götürmək istəmədiyi məhbusların SİYAHISINI açıqlayıb

Rusiya Ukraynanın götürmək istəmədiyi məhbusların SİYAHISINI açıqlayıb backend

Rusiyada İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Kiyev hakimiyyətinin mübadiləsini təxirə salmaqda davam edən 630 hərbi qulluqçunun siyahısını dərc edib.

Qaziler.az xəbər verir ki, bu barədə o, öz “Telegram” kanalında məlumat dərc edib.

O, Ukraynanın bir ildən artıqdır ki, Rusiyadan öz döyüşçülərini götürmədiyini qeyd edib və bu hərbçilərin qarşıdakı mübadilələrə daxil ediləcəyinə ümid etdiyini bildirib.

“Ukrayna tərəfi Rusiya-Ukrayna əsirlərinin mübadiləsini ləngitməkdə davam edir, hər iki tərəfin hərbçi ailələri öz yaxınlarının qayıtmasını gözləməkdə davam edir”, - deyə Moskalkova yazıb.

QAZİLER.AZ

Diaspora