Rusiya lideri Vladimir Putin Rumıniyanın prezident seçkilərinin birinci turunu yenidən keçirməyə hazır olduğunu onun nəticələrinin ölkə hakimiyyətinə uyğun gəlməməsi ilə izah edib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Putin Novo-Oqarevada gənc alimlərlə görüşündə danışıb.
Qeyd edilib ki, bundan əvvəl ölkənin Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrinin yenidən sayılmasını tələb edib.
Bir namizəd hökumətin xoşuna gəlməyib, ona görə də səsləri yenidən saymağa qərar veriblər”, - Putin zarafatla deyib.
QAZİLER.AZ