Bundan sonra PKK Türkiyəyə qarşı birtərəfli atəşkəsə əməl etməyəcək. Axar.az “Röyter” agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiya PKK-nın son bəyanatında yer alıb. Terror təşkilatı bu addımı Türkiyə hökumətinin hərbi siyasəti və sonuncu hücumları ucbatından atdığını bildirib.
Qeyd edək ki, Türkiyə artıq bir neçə aydır PKK-ya qarşı əməliyyatlar aparır.