Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Annalena Berbok Çinə səfəri zamanı Rusiyaya pilotsuz uçuş aparatları ilə dəstək verməsinin nəticələri barədə Pekinə xəbərdarlıq edib.
Qaziler.az bildirir ki, bu barədə "Tagesschau"ya istinadən xəbər verir.
O, qeyd edib ki, Çinin Rusiya ordusuna pilotsuz təyyarələr verməsi münaqişənin “yeni ölçüsünü” təmsil edəcək. XİN başçısı bu sözləri Çinin xarici işlər naziri Van Yi ilə görüşündən sonra deyib.
Berbok həmçinin ədalətli sülh prosesinin vacibliyini vurğulayaraq Çini müharibənin sona çatmasında fəal iştirak etməyə çağırıb. O, Almaniya və Çinin vəziyyətə fərqli baxışlarının olduğunu, lakin birgə səylərlə sülhə nail oluna biləcəyini vurğulayıb.
QAZİLER.AZ