Kommunist Partiyasının yüksək vəzifəli nümayəndələri və komsomol fəalları seçkilərdə iştirak edə, Gürcüstanın mərkəzi və regional hakimiyyət orqanlarında yenidən vəzifələr tuta biləcəklər. Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bununla bağlı ölkənin Konstitusiya Məhkəməsi qərar qəbul edib.
Bununla da , məhkəmə Kommunist Partiyası və komsomolun keçmiş üzvlərinin mərkəzi hakimiyyət orqanlarında vəzifələr tutmasını qadağan edən “Azadlıq Xartiyası”nı “qeyri-konstitusion” elan edib.Xatırladaq ki, “Azadlıq Xartiyası” 2011-ci ilin mayında prezident Mixail Saakaşvilinin təşəbbüsü ilə təsdiq edilib. Sənəd “sovet və faşist simvolları”nın məhv edilməsini, həmçinin SSRİ xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq edən yüksək rütbəli partiya vəzifəlilərinin dövlət idarələrində işləməsinə məhdudiyyətləri nəzərdə tuturdu.