MİT-dən nöqtə əməliyyatı: PKK-nın liderlərindən biri zərərsizləşdirildi

MİT-dən nöqtə əməliyyatı: PKK-nın liderlərindən biri zərərsizləşdirildi backend

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın. Tel Rıfat bölgəsində terrorçuluqla bağlı axtarışda olanlar siyahısında qırmızı kateqoriyada yer alan PKK/YPG-nin sözdə liderlərindən olan "Yaşar Hakkari" kod adlı Yaşar Çekiki zərərsizləşdirib. 

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin təhlükəsizlik mənbələrindən alınan məlumata görə, 1993-cü ildə terror təşkilatına qoşulan terrorçu Çekik 2010-cu ildə məsuliyyəti altında olan təşkilat üzvləri ilə birlikdə Hakkarinin Çukurca rayonunda  6 əsgərin şəhid olduğu Hantəpə Jandarma bölməsinə,  Çukurca Jandarma Asayiş Komando Bölük Komandanlığının Kekliktəpə baza ərazisinə və Çukurca 1-ci Mexanikləşdirilmiş Piyada Batalyon Komandanlığına qarşı 2011-ci ildə 24 əsgərin şəhid olduğu terror aktları planlaşdırdığı və əmr verdiyi müəyyən edildi. 

MİT o, Türkiyə, İraq və Suriyada təhlükəsizlik qüvvələrinə qarşı törətdiyi terror aktlarına görə Daxili İşlər Nazirliyinin Terrorla Mübarizə Axtarılanlar siyahısında qırmızı kateqoriyasında olan və İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən Çelikin Suriyanın Şehba bölgəsində terror fəaliyyətini davam etdirdiyi müəyyən edilib.

MİT-in təşkil etdiyi əməliyyatda təqib edilən terrorçu Tel Rıfatda zərərsizləşdirilib.

QAZİLER.AZ

Diaspora