Ukrayna tezliklə atəşkəs əldə etmək üçün ərazisini müvəqqəti olaraq verə bilər.
Qaziler.az-ın məlumatına görə, Tagesschau xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.
“Bizə atəşkəs xətti lazımdır və təbii ki, ideal olaraq o, Rusiyanın hazırda nəzarət etdiyi bütün əraziləri əhatə etməlidir. Amma biz görürük ki, bu, yaxın gələcəkdə çox da real deyil”, - alyansın keçmiş baş katibi bildirib.
Stoltenberq etiraf edib ki, Kiyev atəşkəs naminə əraziləri “müvəqqəti güzəştə” gedə bilər. Onun sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik təminatları vacibdir, o cümlədən NATO-ya qoşulmaq və digər dəstək vasitələri ola bilər.
QAZİLER.AZ