Almaniya kansleri Olaf Şolz elan olunmamış səfərlə dekabrın 2-də Kiyevə gəlib. Bu, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri kanslerin ikinci səfəridir.
Qaziler.az bildirir ki, bu barədə “Spiegel” xəbər verir.
Nəşrin yazdığına görə, Şolz Ukraynaya səfəri ilə Almaniyanın Rusiya tərəfindən işğal olunmuş ölkənin tərəfində durmağa davam etdiyini açıq şəkildə bildirmək istəyir.
"1000 gündən artıqdır ki, Ukrayna özünü Rusiyanın amansız işğalçı müharibəsinə qarşı qəhrəmancasına müdafiə edir", - Şolts Kiyevə gələrkən deyib.
Onun sözlərinə görə, Almaniya “Avropada Ukraynanın ən güclü dəstəkçisi olaraq qalacaq”.
"Prezident Zelenski ilə görüşüm zamanı mən 650 milyon avro dəyərində növbəti silah tədarükünü elan edəcəyəm, bu, dekabrın sonuna qədər çatdırılmalıdır. Biz nə edəcəyimizi deyirik. Və dediyimizi də edirik", - kansler deyib.
QAZİLER.AZ