Suriyada rusiyalı hərbçilərin olmadığını bəyan etmişdi. "Reuters" xəbər verir ki, Suriyada əməliyyatların başlanmasından bu günə qədər Rusiya hərbi qüvvələrinin sayı 4 min nəfərə çatıb. Bu barədə ABŞ xüsusi xidmət orqanları və müstəqil mütəxəssislər məlumat verib. Əməliyyatların başlandığı vaxtda, 30 sentyabrda ölkədə Rusiyadan olan hərbçilərin sayı 2 min olub. O vaxtdan kontingent ikiqat artıb və Rusiyanın istifadə etdiyi hərbi bazaların sayı artırılıb.
Bundan əlavə, mənbələr iddia edir ki, Rusiya Suriyada hərbi itikilərlə üzləşib. Ancaq bununla bağlı dəqiq rəqəmlər açıqlanmır. Bu günə qədər yalnız bir nəfər - Vadim Kostenkonun Suriyada həlak olması barədə informasiya var. Rusiya Müdafiə Nazirliyinin versiyasına görə, müqavilə əsasında xidmət edən Kostenko intihar edib."Reuters"in Pentaqondakı mənbələri əlavə edib ki, hazırda Rusiya təyyarələri 4 bazadan işləyir və hərbçilərin böyük əksəriyyəti bazalardan kənardadır.
Xatırladaq ki, saytımızda Rusiya hərbçilərinin Suriyada olduğunu sübut edən fotolar yayılmışdı.
Suriyanın ayrı-ayrı bölgələrində çəkilmiş şəkillərdə rusiyalı hərbçilər yer alıb. Şəkillərdən görünür ki, Əsədin tərəfində vuruşmaq üçün bütöv xüsusi təyinatlılar qrupu və dəniz qoşunları göndərilir. Onların böyük hissəsi Tartus vilayətindən keçərək, Xoms, Latakai, Dəməşq, Ayn-əs-Soda, Salamiya və Xamda görüşür. Bəzi hərbi hissələr 4-6 ay Suriyada xidmət keçir.
Qeyd edək ki, bir müddət öncə Rusiya prezidenti Putinin mətbuat katibi Suriyada rusiyalı hərbçilərin olmadığını bəyan etmişdi.