BRİKS ölkələrinin kənardan baxarkən dollardan uzaqlaşmağa çalışması fikri bitdi.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp dollardan imtina etmək istəyən BRİKS üzvlərinə müraciət edərkən “Truth Social” sosial şəbəkəsində yazıb.
"Bu ölkələrdən tələb edirik ki, ya yeni BRİKS valyutası yaratmayacaqlarına, ya da güclü ABŞ dollarını əvəz etmək üçün hər hansı başqa valyutanı dəstəkləməyəcəklərinə dair öhdəlik götürsünlər, əks halda 100% gömrük rüsumları ilə üzləşəcəklər və gözəl ABŞ iqtisadiyyatına satışla vidalaşmalı olacaqlar", - Tramp qeyd edib.