Suriya bütün terrorçular və onların tərəfdarları qarşısında sabitliyini və ərazi bütövlüyünü qorumağa davam edəcək.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanla telefon danışığı zamanı deyib.
“Hücumların nə qədər intensiv olmasından asılı olmayaraq, müttəfiqlərimizin və dostlarımızın köməyi ilə onları məğlub etməyə və aradan qaldırmağa qadirik”, - Əsəd bildirib.
Qeyd edək ki, silahlı qruplaşmalar Hələb və Həmanı ələ keçiriblər. Paytaxt Dəməşqdə isə Prezident Bəşər Əsədə qarşı silahlı çeviriliş olduğu xəbərləri yayılıb.