Avropanın gözəl şimal ölkəsi İsveç insanlara verdiyi azadlığı ilə tanınır. Lakin bu ölkədə maraqlı bir qadağa var. Körpəyə istədiyi adı qoymaq valideynlərin ixtiyarına buraxılmayıb.
QAZÍLER.AZ Lent.az-a istinaden xəbər verir ki, ölkədə qüvvədə olan “Ad Qanunu”na əsasən, uşaqlara veriləcək adlarla bağlı müəyyən qaydalar var. Valideynlər övladının doğulmasından sonra üç ay ərzində seçdikləri ad barədə İsveç Vergi İdarəsinə məlumat verməlidirlər. Əks halda, cəza var.
1901-ci ildə nəşr olunan “Ad Qanunu” ilə başlayan bu tənzimləmə, zadəgan ailələrinin adlarını qorumaq və zadəgan olmayan ailələrin bu adlardan istifadə etməsinin qarşısını almaq məqsədi daşıyıb.
1982-ci ildə qüvvəyə minən “Ad Qanunu” ilə mövzu daha əhatəli hala gətirilib. Qanun uşaqlara verilən adların rəsmi orqanlar tərəfindən təsdiqlənməsini tələb edirdi. Adlar fərdlərə mənfi təsir göstərməməli və cəmiyyətdə məqbul olmalıdır.
Veriləcək ad uşağa narahatçılıq yaratmamalı, ümumi əxlaqa uyğun olmalıdır. Bundan başqa, məşhur soyadlar, tarixi şəxsiyyətlərin və zadəganların işlətdiyi adlardan istifadə etmək olmaz.
Başqa bir qayda ondan ibarətdir ki, boşanmış valideyn sonradan doğulan uşağa əvvəlki nikahdan olan adı verə bilməz. Allah adı dini səbəblərə görə qəbul edilmir. Metallica, Superman və Ford kimi adlar da qadağan olunsa da, Google adının verilməsinə icazə var.
Valideynlər övladının doğulmasından sonra üç ay ərzində seçdikləri ad barədə İsveç Vergi İdarəsinə məlumat verməlidirlər. Əks halda, cəza var.