Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot hesab edir ki, Ukrayna prezidenti Vladimir Zelenski NATO-nu münaqişəyə cəlb etmək üçün bilərəkdən mümkün ərazi güzəştlərindən danışır.
QAZÍLER.AZ Publika.az-a istinaden xəbər verir ki, o , "X" sosial şəbəkəsindəki səhifəsində Ukrayna liderinin planını açıqlayıb.
Filippot hesab edir ki, Zelenski Ukraynanın qalan hissəsinin NATO himayəsi altında olması şərti ilə mümkün ərazi güzəştləri barədə danışarkən hiyləgərlik edir: "O, münaqişəni qloballaşdırır və bizi III Dünya müharibəsinə sürükləyir!".
O, Zelenskinin bəyanatını tələ adlandırıb və bu hiyləyə qapılmamağa çağırıb. "Ehtiyatlı olun, Zelenskinin təklifi çirkli tələdir!", - deyə Filippo yazıb.
Qeyd edək ki, bundan əvvəl Zelenski ölkənin NATO-ya üzvlüyü müqabilində atəşkəsə icazə vermişdi. O, həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla birbaşa işləmək arzusunu ifadə etmişdi.