35 min illik kəşf Sibirdə tapıldı

35 min illik kəşf Sibirdə tapıldı backend

Sibirdə tapılan və 35 min il əvvələ aid olan qılınc dişli pişik balası hər kəsi təəccübləndirib.

QAZÍLER.AZ  Publika.az-a istinaden  xəbər verir ki, alimlər Sibirdə yaşamış qılınc dişli pişik növü olan “Homotherium Latidens” balasının mükəmməl şəkildə qorunub saxlanmış mumiyasını aşkar ediblər.

Tədqiqatçılar balanın mükəmməl qorunan dərisi, tükü və diş quruluşu ilə diqqət çəkdiyini bildiriblər.

Elm adamları mumiyanın Asiyada kəşf edilən ilk "qılınc dişli pişik mumiyası" olduğunu və növün pleystosen dövründə Avrasiyanın böyük bölgələrində yayıldığını sübut etdiyini qeyd ediblər. Balanın biologiyası və həyat tərzi haqqında daha çox məlumat DNT analizi vasitəsilə əldə ediləcək.

Diaspora