“Hizbullah”ın baş katibi atəşkəsi "ilahi qəlbə" elan edib

“Hizbullah”ın baş katibi atəşkəsi "ilahi qəlbə" elan edib backend

Livanın “Hizbullah” hərəkatının baş katibi Naim Qassem iki gün əvvəl İsraillə atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra ilk dəfə televiziyada çıxış edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Naim Qassem aylarla davam edən sərhədyanı hücumlardan və İsrail qüvvələri ilə döyüşlərdən sonra "ilahi qələbə" elan edib. Qassem həmçinin İsrailin itkilərinin çox olduğunu və minlərlə israillinin Livanla sərhədə yaxın olan şəhərləri tərk etmək məcburiyyətində qaldığını bildirib.

O, hərəkatın atəşkəsi təsdiqlədiyini söyləyib. Bununla belə, o, İsrailin hücum edəcəyi halda “Hizbullah”ın hər an müharibəyə hazır olduğu barədə xəbərdarlıq da edib.

QAZİLER.AZ

Diaspora