Ukraynada səfərbər olunan məhbusların sayı açıqlanıb

Ukraynada səfərbər olunan məhbusların sayı açıqlanıb backend

Məhkumlar arasından 7 min nəfər Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilib.

Qaziler.az xəbər verir ki, bu barədə “İctimai. Xəbərlər” nəşri Ukrayna Baş Qərargahındakı mənbəyə istinadla bildirib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, onlardan 6 mini artıq xidmətdədir.

İyulda Ukrayna Ədliyyə Nazirliyi 3800 məhbusun vaxtından əvvəl azad edilərək səfərbər edildiyini, ümumilikdə 5800 məhkumun xidmət etmək arzusunda olduğunu bildirib.

May ayında Ukrayna prezidenti Vladimir Zelenski məhbusların səfərbər edilməsi haqqında qanun imzalayıb. Sənədə əsasən, bundan sonra ağır ittihamlarla bütün məhbuslar Ukrayna Silahlı Qüvvələrinin sıralarına çağırıla bilər.

QAZİLER.AZ

Diaspora