Ukrayna hakimiyyəti Rusiyanı məğlub etmək üçün bütün ölkəni səfərbər etməlidir.
Qaziler.az xəbər verir ki, bu barədə Respublikaçı konqresmen Viktoriya Sparts CNN telekanalına açıqlamasında bildirib.
O, SSRİ-nin İkinci Dünya Müharibəsi illərində necə döyüşdüyünü, həm uşaqların, həm də yaşlı nəslin qələbəyə necə töhfə verdiyini xatırladıb.
“Əgər Ukrayna Rusiyaya qarşı müharibədə qalib gəlmək istəyirsə, bütün ölkə səfərbər olmalıdır. Sadəcə gənc, cəsur insanların başqaları üçün ölməsini və bunun qəddar qüvvəni saxlamağa kifayət edəcəyini düşünə bilməzsiniz", - Sparts deyib.
QAZİLER.AZ