"İran uranın zənginləşdirilməsində istifadə olunan sentrafuqaların heç birini sıradan çıxarmayıb". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə ölkənin Atom Enerjisi Agentliyinin rəhbəri Bəhruz Kamalvəndi bildirib.
"Həm Fordo, həm də Natanzeh vilayətlərindəki sentrafuqaların hər biri işlək vəziyyətdədir və həmin qurğularda uranın zənginləşdirmə prosesi davam edir", - deyə o, bildirib."Biz sadəcə olaraq, işlərə ümumi fəaliyyət planının icrasına başlanana qədər fasilə vermişdik".