Dekabrın 2-dən 15-dək Estoniyada NATO ölkələrinin iştirakı ilə "İldırım" (Piсne) hərbi təlimləri keçiriləcək.
Qaziler.az bildirir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.
“Bazar ertəsi, dekabrın 2-də iki həftə davam edəcək “İldırım” (Picne) təlimi başlayacaq. Bu təlimlər müttəfiq gəmilərin gəlişini, aktiv hava əməliyyatlarını, həmçinin Estoniyanın şimal-şərqində müttəfiqlərin mövcudluğunun genişləndirilməsini nəzərdə tutur”, - nəşr yazır.
Təlimlərdə Böyük Britaniya, Latviya, ABŞ, Fransa və Estoniyadan 2 minə yaxın hərbçi iştirak edəcək.
Müdafiə Qüvvələri ərazi sakinlərini avtomobillərin, təyyarələrin yaratdığı həddindən artıq səs-küy səviyyəsi ilə bağlı xəbərdarlıq edir və sürücülərdən ictimai yollarda hərbi karvanlara qarşı dözümlü olmalarını xahiş edir.
QAZİLER.AZ