Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib backend

Avropa Parlamentinin üzvləri səs çoxluğu ilə Gürcüstandakı vəziyyətlə bağlı yeni qətnamə qəbul ediblər.

Qaziler.az “RİA Novosti"yə istinadən xəbər verir ki, sənəddə ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin tanınmaması, təkrar səsvermənin keçirilməsi və gürcü siyasətçilərinə qarşı sanksiyaların tətbiqi çağırışları yer alıb.

Gürcüstan Avropa İttifaqına üzv olmağa namizəddir. Avropa Parlamentinin xarici siyasət məsələlərinə dair qətnamələri məsləhət xarakteri daşıyır və Aİ təsisatları və ya üzv dövlətlər üçün məcburi deyil. Sənədi 444 deputat dəstəkləyib, 72 deputat əleyhinə, 82 deputat isə bitərəf qalıb.

“Avropa Parlamenti parlament seçkilərinin hər hansı tanınmasını rədd edir və prosesin həqiqi ədalətliliyini və şəffaflığını təmin etmək üçün yaxşılaşdırılmış seçki şərtləri altında, yaxından beynəlxalq müşahidə ilə bir il ərzində təkrar səsvermənin keçirilməsini tələb edir”, - qətnamədə qeyd edilib.

QAZİLER.AZ

Diaspora