Putin: "NATO Ukrayna münaqişəsində iştirak edir"

Putin: "NATO Ukrayna münaqişəsində iştirak edir" backend

“Qərbin uzaqmənzilli silahlarından istifadə etməklə Rusiya ərazisinə edilən hücumlar NATO-nun münaqişədə birbaşa iştirakı hesab olunur”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin KTMT sammiti zamanı vurğulayıb.

Onun sözlərinə görə, Alyans ölkələrinin mütəxəssislərinin iştirakı olmadan belə silahlardan istifadə mümkün deyil.

“Biz dəfələrlə diqqəti ona yönəltmişik ki, bu, NATO ölkələrin silahlı münaqişəyə birbaşa cəlb olunması deməkdir, çünki NATO-nun müvafiq ölkələrinin hərbi personalı və hərbi mütəxəssislərinin birbaşa iştirakı olmadan bu silahlardan istifadə etmək sadəcə olaraq mümkün deyil”. Putin bildirib.

Putin həmçinin qeyd edib ki, Moskvanın mümkün eskalasiya ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, artıq Rusiya ərazisinə zərbələr endirilib.

“Lakin münaqişənin gərginləşməsi təhlükəsi ilə bağlı xəbərdarlıqlarımıza baxmayaraq, ərazimizə zərbələr endirildi”, - Rusiya lideri əlavə edib.

QAZİLER.AZ

Diaspora