SAXAL: "İsrail müharibə üçün aylar sərf etməyəcək"

SAXAL: "İsrail müharibə üçün aylar sərf etməyəcək" backend

İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib ki, İsrail ordusu atəşkəs razılaşmasının şərtlərini yerinə yetirmək üçün Livanla müharibə zamanı “daha ​​qətiyyətli” hərəkət edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə SAXAL-ın “X” sosial şəbəkəsində yazılıb.

"Qoşunlarımıza, sərhəd bölgəsinə və qeyd etdiyimiz bölgədəki kəndlərə yaxınlaşan “Hizbullah” yaraqlıları hədəfə alınacaq", - “X”də dərc olunan bəyanatda qeyd olunub. O əlavə edib ki, İsrail müharibə üçün aylar sərf etmək niyyətində deyil.

Qeyd edək ki, İsraillə Livan arasında atəşkəsin qüvvəyə mindiyi açıqlanıb.

QAZİLER.AZ

Diaspora