Rusiya bütün Qərb dünyası ilə müharibə vəziyyətindədir, qərarlar qəbul edərkən nüvədən çəkindirmə sahəsində öz doktrinal sənədlərindən çıxış edəcək.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalının efirində deyib.
“Biz dövlət başçısının imzaladığı sənədlərdən çıxış edəcəyik. Burada isə qərarı, təbii ki, Ali Baş Komandan, yəni ölkə prezidenti verir”, - Medvedev Rusiyanın nüvə silahından istifadə ehtimalının nə dərəcədə real olması ilə bağlı sualı cavablandırarkən deyib.
Kreml bəyan edib ki, Rusiya nüvə silahından istifadəni son çarə hesab edir.
QAZİLER.AZ