ABŞ-də hökumət vəkilləri kütləvi şəkildə dövlət qulluğunu tərk edərək özəl sektora gedirlər
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Jurnalistlərin fikrincə, dövlət işçilərinin getməsini prezident seçkilərində qalib gələn Donald Trampın dövlət xərclərini azaltmaq planı təhrik edib.
Vaşinqtonda işə götürən “Den Bienstock” agentliyi qeyd edib ki, şirkətlə əlaqə saxlayan ABŞ federal hökumət işçilərinin sayı seçkidən sonrakı dövrdə həmişəkindən beş dəfə çoxalıb. Şirkət rəhbərliyinin sözlərinə görə, bu cür rəqəmlər qeyri-müəyyənlik dərəcəsinin qrafikdən kənar olması ilə bağlıdır.
QAZİLER.AZ