Hazırda Şimali Atlantika Alyansı yeni dünya düzəni yaratmaq səyi ilə Rusiya ilə qarşı-qarşıyadır.
Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, bunu NATO Müttəfiq Qüvvələrinin Transformasiya üzrə Komandanının müavini general Kristian Badia bildirib. “Süddeutsche Zeitung” ilə söhbətində Badia Rusiya Federasiyasının Çin, Şimali Koreya və İranla eyni sırada olduğuna diqqət çəkib.
Onun sözlərinə görə, bu ölkələr peyklərin və hipersəs silahlarının hazırlanmasında fəal əməkdaşlıq edir, həmçinin kiberməkanda imkanlarını genişləndirirlər. General həmçinin bu ölkələrin Braziliya, Hindistan və Cənubi Afrika ilə birlikdə Qərbin hökmranlığına meydan oxuduğunu iddia edir.
“Rusiya ilə qarşıdurma təkcə Soyuq Müharibə 2.0 deyil. Söhbət burada yeni dünya düzənindən gedir”, - deyə o bildirib.
QAZİLER.AZ