Medvedev: Bayden Trampa ağır miras qoymaq istəyir

Medvedev: Bayden Trampa ağır miras qoymaq istəyir backend

ABŞ prezidenti Co Bayden Ağ Evi tərk etməzdən əvvəl öz varisi Donald Trampa Ukrayna ilə bağlı ağır miras qoyub getmək istəyir.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” ilə söhbətində deyib. O qeyd edib ki, bu məqsədlə Amerika hakimiyyəti ATACMS raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbələrin endirilməsinə icazə verib.

“Burada bir neçə məqsəd var. Bir nömrəli məqsəd onun arzuolunmaz varisini, yəni seçilmiş prezident Trampı Ukrayna üzərində mümkün olan ən çətin mirasla tərk etməkdir. Bütün bu hekayəni demokratik administrasiya başlatdığından, buna görə birbaşa məsuliyyət daşıyır”, - Medvedev bildirib.

Onun sözlərinə görə, Vaşinqton həm Ukrayna iqtisadiyyatına ciddi ziyan vuran, həm də çoxlu sayda insan tələfatına səbəb olan hərbi kampaniyaya artıq böyük məbləğdə vəsait xərcləyib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, Bayden məhz bunu “yeni administrasiyaya yaymaq” istəyir.

QAZİLER.AZ

Diaspora