Tramp hərbi xidmətdə olmayan iş adamını ABŞ Hərbi Dəniz Qüvvələrinə rəhbər təyin etməyi planlaşdırır

Tramp hərbi xidmətdə olmayan iş adamını ABŞ Hərbi Dəniz Qüvvələrinə rəhbər təyin etməyi planlaşdırır backend

ABŞ-ın gələcək prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri vəzifəsinə namizəd seçib. Bu vəzifəni iş adamı Con Felan ala bilər.

Qaziler.az bildirir ki, bu barədə "The Hill" xəbər verir.

“Con donanmamız üçün fövqəladə bir qüvvə və mənim “Öncə Amerika” vizyonumu inkişaf etdirməkdə əzmkar lider olacaq”, - Tramp bildirib.

Con Felan Floridada yerləşən özəl investisiya firması olan "Rugger Management LLC"nin təsisçisi və baş direktorudur. O, həmçinin özəl kapital şirkəti olan "MSD Capital"ın idarəedici tərəfdaşı olub.

Amerika nəşrləri Hərbi Dəniz Qüvvələrinə rəhbər təyin edilməsi planlaşdırılan Felanın orduda xidmət etmədiyini qeyd edir.

Phelan Tramp kampaniyasının və Respublikaçılar Partiyasına bağlı digər komitələrin fəal donorudur. Aprel ayında o, Trampın birgə komitəsinə 834 min dollardan çox ianə verib. 

QAZİLER.AZ

Diaspora