İsrail Beyrutda "Hizbullah"ın 20 hədəfinə zərbələr endirib

İsrail Beyrutda "Hizbullah"ın 20 hədəfinə zərbələr endirib backend

İsrail Beyrutda Livanın "Hizbullah" şiə hərəkatı ilə əlaqəli 20 hədəfə hücum edib.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 26-da İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

“İsrail ordusu Beyrut ərazisində "Hizbullah"ın müəyyən edilən 20 hədəfinə zərbələr endirib. Bu hücumlar "Hizbullah"ın Beyrutdakı əsas qalası olan Dahiya bölgəsindəki 13 hədəfi əhatə edir”, - İsrail ordusu Telegram kanalında bildirib.

Digər yeddi hədəf şiə hərəkatının maliyyə sistemi, xüsusən də İDF-nin məlumatına görə, "Hizbullah"ın pul aktivlərini saxladığı Əl-Qard Əl-Həssan Assosiasiyasının qərargahı, anbarları və digər infrastrukturu ilə bağlı olub.

Hücumlardan əvvəl, İDF-nin ərəbdilli sözçüsü Avichai Edraei, öz növbəsində, X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) Beyrut ərazilərinin 20 planlaşdırılmış zərbə nöqtəsi ilə xəritəsini dərc etdi. O, mülki əhalidən bu binalardan ən azı 500 metr uzaqlaşmalarını istəyib.

QAZİLER.AZ

Diaspora