Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib backend

Yaponiyanın qərbindəki İşikava əyalətinin Hakui şəhəri sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Hakui şəhərindən 35 kilometr şimal-qərbdə olduğunu açıqlayıb.

Dərinliyi 10 kilometr olaraq qeydə alınan 6,1 bal gücündə zəlzələdə can və mal itkisi qeydə alınmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

"Kyodo News"un məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi (JMA) zəlzələnin 6,4 bal gücündə olduğunu açıqlayıb.

QAZİLER.AZ

Diaspora