İsrailin baş naziri Benyamin Netanyahu Litvaya gələrsə, o, ölkənin Beynəlxalq Cinayət Məhkəməsi qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq həbs ediləcək.
Qaziler.az xəbər verir ki, bu barədə ELTA agentliyi Litvanın Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
“Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Litva da daxil olmaqla Roma Statutunun bütün üzv dövlətləri üçün verilmiş həbs orderləri məcburidir və icra oluna bilər”, - deyə Ədliyyə Nazirliyi bildirib.
QAZİLER.AZ