Əfqanıstanda hakimiyyətdə olan “Taliban” qruplaşmasının nümayəndəsi Siracuddin Haqqani Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb.
Qaziler.az xəbər verir ki, bu barədə “Alemarah” agentliyi məlumat yayıb.
“Taliban”ın daxili işlər nazirinin səlahiyyətlərini icra edən rəhbər şəxs rəsmi görüşə ayağına göy corab və qəhvəyi səndəl geyinərək gəlib. Şoyqu isə danışıqlar üçün işgüzar kostyum və ayaqqabı geyinməyi seçib.
“Görüş zamanı siyasi əlaqələrin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın təşviqi, ticarət əlaqələrinin və tranzitin təşviqi, o cümlədən Əfqanıstana Rusiya sərmayəsinin cəlb edilməsi məsələləri müzakirə edilib”, - Əfqanıstan agentliyi məlumatda qeyd edib.
QAZİLER.AZ