Britaniya hökuməti öz hərbi personalını Ukraynaya hərbi əməliyyatlarda iştirak etmək üçün göndərməyi planlaşdırmır.
Qaziler.az xəbər verir ki, bu açıqlamanı Britaniyanın xarici işlər naziri Devid Lemmi İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu, Londonun hazırkı mövqeyidir və dəyişməyəcək.
“Biz çoxdan belə bir mövqe tutmuşuq ki, britaniyalı qoşunları əməliyyat bölgəsinə göndərməyəcəyik. Bu, əlbəttə ki, Böyük Britaniyanın hazırkı mövqeyidir və belə də qalır”, - Britaniyalı nazir bildirib.
Lemmi Britaniyanın Ukraynaya, xüsusən də əsgər hazırlığına kömək etməkdə davam etməyə hazır olduğunu xatırladıb. Lakin o, Londonun ingilisləri döyüş bölgəsinə göndərmək üçün özəl hərbi şirkətlərdən istifadə edə biləcəyi sualına cavab verməyib. O, həmçinin atəşkəs zamanı Britaniya sülhməramlılarının Ukraynaya göndərilməsi ehtimalı ilə bağlı suala da məhəl qoymayıb.
QAZİLER.AZ