Peskov "Taliban"ın terrorçular siyahısından çıxarılmasından DANIŞDI

Peskov "Taliban"ın terrorçular siyahısından çıxarılmasından DANIŞDI backend

“Taliban” hərəkatının Rusiya Federasiyasında qadağan olunmuş təşkilatlar siyahısından çıxarılması ilə bağlı yekun qərar hələ qəbul olunmayıb.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. O qeyd edib ki, buna baxmayaraq Moskvada Əfqanıstan hökuməti ilə əlaqələrin inkişaf etdirilməsi məsələsi vacib hesab olunur, çünki bu dövlət Rusiya Federasiyası ilə həmsərhəddir.

“Söhbət Əfqanıstan rəhbərliyindən gedir, onlar bu ölkədə hakimiyyəti saxlayan qüvvələrdir və təbii ki, onlarla münasibətləri inkişaf etdirmək, əlaqələr qurmaq çox vacibdir”, - Peskov bildirib.

Kreml sözçüsü əlavə edib ki, Rusiya hakimiyyəti bu məsələdə əlavə addımların müəyyən edilib-edilməyəcəyi barədə dərhal məlumat verəcək.

Xatırladaq ki, “Taliban” hərəkatı 2003-cü ilin fevralında Rusiyada terror təşkilatı kimi tanınıb. Artıq “Taliban”ın Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq haqqında qanun layihəsi Dövlət Dumasına daxil olub.

QAZİLER.AZ

Diaspora