Avropa İttifaqı (Aİ) Suriyada vəziyyətlə əlaqədar məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin və təşkilatların qara siyahısına daha üç suriyalı rəsmini əlavə edib.
Bu barədə Aİ Şurasının bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, sanksiyalar daxili ticarət və istehlakçıların hüquqlarının müdafiəsi naziri Luay əl-Münəccid, neft və mineral ehtiyatlar naziri Firas Həsən Qəddur və dövlət naziri Əhməd Bustaciyə qarşı tətbiq edilib.
Aİ hesab edir ki, onlar Nazirlər Kabinetinin üzvləri kimi "mülki əhaliyə qarşı repressiyalara görə məsuliyyəti bölüşürlər".
Qeyd edək ki, Suriya üzrə sanksiya siyahısına ümumilikdə 318 nəfər və 86 təşkilat daxildir.
Report.az