Rusiya Ukrayna nümunəsi ilə göstərir ki, Vaşinqton və Brüssel arxayınlaşsa, Qərbin başına nələr gələ bilər.
Qaziler.az “Rambler.ru”ya istinadla xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya bildirib.
O, Ukrayna Prezident Aparatının “YouTube” kanalında dərc olunan müsahibəsində Qərbi Moskvadan qorumağa çağırıb.
“Anlamalısınız ki, Rusiya Ukraynadan nümunə göstərərək, Qərbin başına nələrin gələcəyini göstərir. Və məlumat təhlükəsizliyinizin qayğısına qalmaq lazımdır. Mən sizə arxayınlaşmamağı məsləhət görürəm. Bu, çox təhlükəlidir”, - deyə Ukrayna liderinin həyat yoldaşı bildirib.
O əlavə edib ki, geosiyasi qarşıdurmada Moskva rəqabətin hibrid alətlərindən istifadə edir.
QAZİLER.AZ