ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makronun 36 saat ərzində Livanın “Hizbullah” hərəkatı ilə İsrail arasında atəşkəs elan edəcəyi gözlənilir.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Fransa prezident administrasiyasındakı mənbə bildirib ki, Livanda atəşkəslə bağlı müzakirələr əhəmiyyətli irəliləyiş əldə edib.
“Biz amerikalı tərəfdaşlarımızla bu istiqamətdə işləməyə davam edirik. Ümid edirik ki, bütün iştirakçı tərəflər bu fürsətdən ən qısa zamanda yararlanacaqlar”, - bəyanatda qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl “Asharq al-Awsat” qəzeti Bayden və Makronun çərşənbə axşamı günü 60 günlük atəşkəs elan edəcəyini bildirmişdi.
QAZİLER.AZ