ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ikinci prezidentlik dövründə Avropa İttifaqındakı əsas müttəfiqi Macarıstanın baş naziri Viktor Orban olacaq.
Qaziler.az xəbər verir ki, bunuAvropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin “Lenta.ru”ya müsahibəsində deyib.
“Onun sözlərinə görə, Orban amerikalı siyasətçi müxalifətdə olarkən Trampla dostluq və məşvərətçi münasibətlərini saxlayıb. Macarıstanın baş naziri Avropa İttifaqının tənqidlərinə baxmayaraq, ABŞ-nin yeni seçilmiş prezidenti ilə əlaqə saxlamaqdan çəkinməyib”, - politoloq qeyd edib.
Topornin əlavə edib ki, Orban Trampın əsas müttəfiqi olacaq və Ağ Evin gələcək rəhbəri Aİ ölkələrinin liderləri ilə münasibətlərdə ona arxalanacaq.
QAZİLER.AZ