Rusiya və İran dollardan tamamilə imtina edib

Rusiya və İran dollardan tamamilə imtina edib backend

İran və Rusiya milli valyutaların istifadəsinə keçərək qarşılıqlı hesablaşmalarda dollardan tamamilə imtina edib.

Qaziler.az SNN-ə istinadla xəbər verir ki, bunu İran İslam Respublikası Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin müasir bankçılıq və ödəniş sistemləri üzrə 11-ci illik konfransda çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu, iki ölkə arasında maliyyə sektorunda əvvəllər bağlanmış müqavilələr sayəsində mümkün olub.

“Rusiya ilə valyuta müqaviləsi bağladıq və dolları tamamilə ləğv etdik. İndi biz ancaq rubl və rialla ticarət edirik”, - deyə Məhəmmdə Rza Fərzin bildirib.

Fərzin aydınlıq gətirib ki, iki dövlətin maliyyə orqanları xarici iqtisadi əməliyyatlar üçün istifadə olunacaq məzənnə ilə bağlı razılığa gəliblər. İyul ayında Rusiya və İran “Mir” və “Şetab” milli ödəniş sistemlərinin inteqrasiyasını başa çatdırıb və layihə artıq istismar mərhələsinə qədəm qoyub.

QAZİLER.AZ

Diaspora