Şolts sözündə durdu: “Taurus” raketlərini Ukraynaya vermədi

Şolts sözündə durdu: “Taurus” raketlərini Ukraynaya vermədi backend

Almaniya kansleri Olaf Şolts ikinci müddətə namizədliyi irəli sürüldükdən sonra dövlət büdcəsindən alınan borclar hesabına Ukraynaya maliyyə yardımını təsdiqlədiyini açıqlayıb. Bununla belə, o, hələ də Kiyevə “Taurus” raketlərinin tədarükü ideyasını dəstəkləmədiyini vurğulayıb.

Qaziler.az xəbər verir ki, kanslerin çıxışı partiyanın “YouTube” kanalında yayımlanıb.

Şoltsun ​​sözlərinə görə, Almaniya hakimiyyətinin yanlış qərarlar verməməsi vacib faktordur. O, Rusiya ilə eskalasiyaya səbəb olmamağa çalışdığını qeyd edib.

Kansler qeyd edib ki, Almaniya dövlət büdcəsindən maliyyələşdirilməli olan 12 milyard avro məbləğində Kiyevə yardım planını dəstəkləyir. Eyni zamanda, o, Ukraynada vəziyyətin gərginləşməsinin əleyhinə olduğunu da vurğulayıb.

QAZİLER.AZ

Diaspora