Lavrov NATO-nun dünya ilə bağlı planlarını açıqlayıb

Lavrov NATO-nun dünya ilə bağlı planlarını açıqlayıb backend

"NATO öz təhlükəsizliyini təmin etmək bəhanəsi ilə bütün iqtisadi prosesləri nəzarətə götürmək ambisiyaları nümayiş etdirir".

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Gələcək üçün dialoq” elmi və təhsil proqramının iştirakçıları ilə görüşündə səsləndirib.

Nazir xatırladıb ki, eyni zamanda hərbi blok onun ərazilərini müdafiə etmək üçün yaradılıb.

"Bizə söz verdilər ki, ittifaqı genişləndirməyəcəklər. Genişləndirdilər. NATO ilə müqavilə imzaladıq ki, onlar yeni üzvlərin ərazisində daimi silahlı qüvvələr yerləşdirməyəcəklər. Onlar bunu da etməyə davam etdilər. Alyans öz əməlləri ilə bəyan etdi ki, onun qlobal əhatə dairəsi var və onun təhlükəsizliyinə təhdidlər indi demək olar ki, hər yerdədir”, - Lavrov açıqlamasında deyib.

QAZİLER.AZ

Diaspora