Cənubi Koreyada hərbi xidmətdən yayınmaq üçün bir il ərzində həddindən artıq kökəlmiş şəxs həbs cəzasına məhkum edilib.
Qaziler.az bildirir ki, Cənubi Koreya xəbər saytlarında yer alan məlumata görə, hərbi xidmətdən yayınmaq üçün son bir ildə həddindən artıq kökəlmiş şəxsə hərbi xidmət əvəzinə 1 il şərti həbs cəzası verilib.
26 yaşlı müttəhim üçün xüsusi pəhriz hazırlayan dostu 6 ay şərti həbs cəzası alıb.
Məhkəmə çəkisinə görə hərbi xidmət keçə bilməyən şəxsin qeyri-döyüş rolunda xidmət etməsinə qərar verib.
Cənubi Koreyada kişilərin məcburi hərbi xidmət çərçivəsində ən azı 18 ay xidmət etməsi tələb olunur.
QAZİLER.AZ