İngiltərədə "Bert" fırtınası təsirini davam etdirərkən, fırtınanın yaratdığı güclü külək və əlverişsiz hava şəraiti səbəbiylə həyatını itirənlərin sayı 5-ə yüksəlib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İngiltərə Meteorologiya Bürosu (Met Office) tərəfindən edilən açıqlamada "Bert" fırtınasının təsirlərinin fasilələrə səbəb olmağa davam edəcəyi ifadə edildi.
Digər tərəfdən, fırtına səbəbindən həftə sonuna qədər güclü külək və ya yağışın gözlənilmədiyi, 150-dən çox daşqın xəbərdarlığının hələ də qüvvədə olduğu bildirilib.
Açıqlamada qeyd olunub ki, qar yağması riski azalsa da, yağışlar ölkənin əksər hissəsinə, xüsusilə İngiltərənin cənub-qərb bölgələrinə və Uelsin cənubuna təsir edəcək.
Böyük Britaniyanın baş naziri Keir Starmer X-dəki paylaşımında Uelsin regional baş naziri Eluned Morqan ilə görüşdüyünü və bölgədə çalışan fövqəladə hallar xidmətlərinə təşəkkür etdiyini bildirib.
QAZİLER.AZ