Yunan mediası Cənubi Kiprin NATO-ya üzv olmaq planlarından yazıb

Yunan mediası Cənubi Kiprin NATO-ya üzv olmaq planlarından yazıb backend

Cənubi Kipr Respublikasının NATO-ya daxil olması planları oktyabrın sonunda ada dövlətin prezidenti Nikos Xristodulides və ABŞ prezidenti Co Bayden arasında keçirilən görüşdə müzakirə edilib.

Qaziler.az bildirir ki, bu barədə Yunanıstanın “Katimerini” qəzeti noyabrın 24-də məlumat yayıb.

“Bu, Vaşinqton tərəfindən artıq qəbul edilmiş, bir-birindən asılı olan bir neçə mərhələdən ibarət təfərrüatlı, düşünülmüş, uzunmüddətli plandır”, - nəşr yazır.

Qeyd olunur ki, Xristodulides Avropa Siyasi Birliyinin Budapeştdə keçirilən sammitində NATO-nun baş katibi Mark Rutteyə dövlətin mərhələli şəkildə NATO-ya daxil olması planını da təqdim edib.

Eyni zamanda, qəzet yazır ki, Cənubi Kiprin alyansa daxil olması birbaşa Kipr münaqişəsinin həllindən və Türkiyə ilə münasibətlərin yaxşılaşmasından asılı olacaq.

QAZİLER.AZ

Diaspora