İrəvandakı Fransa səfirindən təxribat - Görün nə paylaşdı...

İrəvandakı Fransa səfirindən təxribat - Görün nə paylaşdı... backend

Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi savadsızlığını nümayiş etdirib.

QAZÍLER.AZ  Musavat.com-a istinaden xəbər verir ki, erməni yanlısı Olivye X hesabında İranın Qərbi Azərbaycan əyalətinin xəritəsini paylaşıb.

Xəritəni "Yeganə və təkrarolunmaz" şərhi ilə paylaşan fransızın bu hərəkətini erməni mətbuatı Azərbaycanda ölkəmizin tarixi ərazisi olan Qərbi Azərbaycanla bağlı müzakirələrə cavab kimi qiymətləndiriblər.

Fransız səfirin paylaşımı onun başqa dövlətlərin işlərinə müdaxilə etməyi bir yana, tarixdən bixəbər olduğunu da açıq şəkildə ortaya qoyur. Çünki işlədiyi bölgənin tarixindən bir azca məlumatlı olsaydı, elə paylaşdığı xəritədə də Azərbaycanın əzəli torpaqlarının bir hissəsinin təsvir olunduğunu bilərdi. Görünür, erməni dostları bu həqiqəti ona çatdırmağa lüzum görməyiblər, əksinə, səfirin özünü biabır etməsinə şərait yaradıblar.

Diaspora