Bristol Universitetinin beynəlxalq əlaqələr üzrə baş müəllimi Filippo Dioniqi bildirib ki, Livan hakimiyyəti atəşkəs danışıqları çərçivəsində monitorinq mexanizminin yaradılmasını tələb edir.
Qaziler.az xəbər verir ki, bu barədə o, “Əl-Cəzirə” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, sözügedən mexanizm BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasını təmin etmək üçün ölkə ordusu, BMT sülhməramlıları və ola bilsin ki, ABŞ və ya Fransa kimi digər ölkələrdən ibarət olmalıdır.
Bu qətnamə 2006-cı ildə Livan müharibəsinə son qoyub və “Hizbullah”ın tərksilah edilməsini, Livanda bütün xarici qüvvələrin mövcudluğunun qadağan edilməsini və Livanın cənubunda yalnız Livan ordusunun və UNIFIL-in (United Nations İnterim Force İn Lebanon) olmasını tələb edib.
Dioniqi vurğulayıb ki, İsrailin daha çox tələbləri var:
“Onların (İsrail hakimiyyətinin) əldə etmək istədiyi şey atəşkəs danışıqları ilə müəyyən edilmiş tələblərin pozulduğunu gördükləri və ya hesab etdikləri zaman hərbi əməliyyatları davam etdirmək imkanıdır. Livan hakimiyyəti haqlı olaraq hesab edir ki, bu, onların suverenliyinin pozulmasıdır və onlar bu fürsəti İsrailə deyil, beynəlxalq ictimaiyyətə və monitorinq institutuna həvalə etməyi üstün tuturlar”, - Dioniqi bildirib.
Lakin İsrail Livan ərazisinə məhdudiyyətsiz müdaxilə etmək imkanı qazanarsa, hər hansı razılaşmadan asılı olmayaraq, bölgədə hərbi əməliyyatlar davam edəcək, - deyə Dioniqi əlavə edib.
QAZİLER.AZ