Kanadanın müdafiə naziri Uilyam Bleyer Halifax şəhərində keçirilən təhlükəsizlik forumunda bildirib ki, Ukrayna artıq Kanadadan ABŞ-la birgə aldığı NASAMS zenit-raket kompleksini əldə edib.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, Kiyev kompleksin təhvil verilməsini 2023-cü ilin əvvəlindən gözləyirmiş.
“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, ABŞ-la birgə təxminən iki il əvvəl əldə etdiyimiz NASAMS yer-hava raket sistemi artıq Ukraynaya çatdırılıb”, - Bleyer deyib.
Kanada hakimiyyəti keçən il yanvarın 11-də ABŞ-la birgə NASAMS hava hücumundan müdafiə sistemi aldığını elan edib. Lakin kompleks üçün vəsait dərhal köçürülməyib və ABŞ Konqresi transferi yalnız 2023-cü ilin yazının sonunda təsdiqləyib.
QAZİLER.AZ