“Vaşinqtonun nüvə zərbələri mübadiləsi ilə bağlı fərziyyəsi köhnəlmiş düşüncəni əks etdirir”.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu fikirləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyana açıqlamasında bildirib. Diplomat qeyd edib ki, ABŞ hakimiyyəti hegemonluq və strateji üstünlük əldə etməyə çalışır.
“ABŞ rəsmilərinin müvafiq bəyanatları hegemonluğa və mütləq strateji üstünlüyə can atan ABŞ-nin köhnəlmiş düşüncəsini əks etdirir”, - Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.
QAZİLER.AZ