ABŞ-nin Kiyevdəki səfirliyi cümə axşamı, noyabrın 21-də fəaliyyətini bərpa edəcək.
Qaziler.az TASS xəbər verir ki, bu barədə Amerika Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat yayıb.
“Biz gördük ki, bu gün səhər səfirlik Kiyevə mümkün hücum təhlükəsi ilə bağlı həyəcan təbili çaldı, biz bunu çox ciddi qəbul edirik. Bu da səfirliyin iş saatlarında müvəqqəti dəyişikliyə səbəb oldu. Səfirliyin sabah normal fəaliyyətinə dönəcəyini gözləyirik”, - Miller bildirib.
Dövlət Departamentinin sözçüsü əlavə edib ki, Kiyevdəki vəziyyətlə bağlı ətraflı məlumat verə bilməz.
QAZİLER.AZ