Fransa Ukraynanın nüvə potensialını dəyərləndirib

Fransa Ukraynanın nüvə potensialını dəyərləndirib backend

“Ukrayna bir il ərzində nüvə arsenalının sahibi ola bilməyəcək”.

Qaziler.az xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalı yazıb.

Nəşr Kiyevin bir il ərzində sadə nüvə qurğusu əldə edə biləcəyi fikrini sənaye fantaziyası adlandırıb.

“Ölkənin gizli nüvə dövləti statusunu tələb etməsi üçün resursları yoxdur”, - nəşr yazır.

Nəşrin politoloqları Ukraynanın nüvə silahına malik olmasının strateji risk daşıyacağını qeyd ediblər. Məqalə müəllifləri belə qənaətə gəliblər ki, müttəfiq ölkələrin belə bir təşəbbüsü dəstəkləmə ehtimalı azdır.

QAZİLER.AZ

Diaspora