Birləşmiş Ştatlar Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün Britaniyanın "Storm Shadow" raketlərindən istifadə etmək üçün Ukraynaya "yaşıl işıq" yandırıb. Britaniya hələ ki, məhdudiyyətlərin götürülməsini rəsmən təsdiq etməyib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna "The Times"a istinadən xəbər verir.
Nəşr qeyd edir ki, Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynaya ötürülən “Storm Shadow” raketləri ilə Rusiyaya zərbə endirmək icazəsi ilə bağlı şərh verməkdən yayınır. Starmer "əməliyyat detallarına" varmaq niyyətində olmadığını söyləyib..
“The Times”ın Britaniya Xarici İşlər Nazirliyindəki mənbələri bildiriblər ki, “dönüş nöqtəsi” Şimali Koreya əsgərlərinin Rusiya tərəfindən işə qarışması olub. Bu, "böyük eskalasiya" hesab olunur.
Bununla belə, Starmer ehtiyatlı şərhlərdən geri çəkilməyə başlayıb və “Storm Shadow” raketlərinin Ukraynada istifadə edilməsinin sadəcə zaman məsələsi olduğuna işarə edib.
QAZİLER.AZ